“Qarabağ Xronikası”, XXIII buraxılış: Bakı cavab gözləyir... - VİDEO
Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə “Qarabağ Xronikası” proqramının XXIII buraxılışında Rusiya tərəfindən “İskəndər-M” operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsinin yeni mümkün faktlarını təqdim edib.
O, Rusiyanın “Kommersant” qəzetinin 8 oktyabr 2018-ci il tarixli “Nikol Paşinyan Kremlin hüzuruna çıxacaq” başlıqlı məqaləsinə diqqət çəkir. Yazıda 2016-cı ildə Rusiyanın Ermənistana 9M723 raketləri olan “İskəndər-M” sisteminin verildiyi qeyd olunur.
“Rusiyanın hərbi rəhbərliyi “İskəndər-M” komplekslərini İrəvana təslim edərək, Ermənistanla münasibətlərdə qeyri-ardıcıl və situativ yanaşmaya üstünlük verib.
Yəni, Ermənistanın üzərindəki təsiri qorumaq üçün yalnız Azərbaycanla tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda bütün bölgənin təhlükəsizliyi gözardı edilib”, -deyə jurnalist qeyd edib.
Oxşar xəbərlər
Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”
“İskəndər” raketləri ətrafındakı qalmaqal getdikcə böyüyür. Bir neçə günlük susqunluq və inkar cəhdlərindən, habelə “vurulan “İskəndər”lərin qalıqlarının Suriya...