Qarabağda xidmət edəcəyini öyrənən erməni çağırışçı özünü öldürdü

Qarabağda xidmət edəcəyini öyrənən erməni çağırışçı özünü öldürdü
Siyasət 633
Bu günlərdə Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub. İşğalçı orduda baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar.BAKU.WS AzərTAC-a istinadən xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxs isə çıxış yolunu intiharda görüb. Məlumatda bildirilir ki, 28 yaşlı Arman.T Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq həyatına son qoyub.Xəbərdə özünü öldürən Armanın cibindən məktub tapıldığı və orada intihara təşəbbüsün hərbi xidmətə Qarabağa göndərilməsinin səbəb olduğunun yazıldığı da bildirilir.Ölüm faktı ilə bağlı araşdırmalar davam edir.BAKU.WS

Oxşar xəbərlər

Goranboyda 28 yaşlı gənc məktub yazaraq özünü öldürmək istədi - TƏFƏRRÜAT

Goranboyda 28 yaşlı gənc məktub yazaraq özünü öldürmək istədi - TƏFƏRRÜAT

Goranboy rayonunda 28 yaşlı gənc intihara cəhd göstərib.BAKU.WS report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə...

1230 Hadisə 15:28 08 iyun 2018

Son xəbərlər