Qanunsuz erməni silahlılarının Füzuli və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz erməni silahlılarının Füzuli və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi tə...