Putinlə Ərdoğan arasında telefon danışığı aparılıb
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriya böhranının nizamlanması, o cümlədən İdlibdə vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə razılaşmalarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
BAKU.WS-in məlumatına görə, Kremlin mətbuat ximdəti bildirib ki, Suriya böhranının nizamlanmasına dair məsələlər, o cümlədən İdlib zonasında vəziyyətin sabitləşdirilməsi üçün 5 mart 2020-ci il tarixli Rusiya-Türkiyə razılaşmalarının icrası ilə bağlı geniş fikir mübadiləsi davam edib. Telefon danışığı zamanı Liviya məsələsinə də toxunulub.
Tərəflər, həmçinin koronavirus pandemiyasının yayılması ilə mübarizə istiqamətində görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar və Rusiya vətəndaşlarının Türkiyəyə qayıtmasını təmin etmək sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər:
"Koronavirus pandemiyasının yayılması ilə əlaqədar vəziyyət nəzərdən keçirilib. Dövlət başçıları bir-birlərinə bu infeksiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verdilər. Türkiyədəki Rusiya vətəndaşlarının vətənlərinə qayıtmalarının təmin edilməsində əməkdaşlığa xüsusi diqqət yetirilib".
Oxşar xəbərlər
Türkiyə şəhidləri üçün ağlayır - hərbçilərin adları bilindi - FOTO
Suriya ordusunun dünən təşkil etdiyi hava hücumu zamanı həyatını itirən Türkiyə ordusunun 33 hərbçisindən 26-nın şəxsiyyəti müəyyənləşib. BAKU.WS xəbər verir ki...