Putindən Sarkisyana böyük hərbi jest

Putindən Sarkisyana böyük hərbi jest
Siyasət 2603
 

Rusiya və Ermənistan Qafqaz regionunda kollektiv təhlükəsizlik üzrə birləşmiş ordu qrupu yaradacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya və Ermənistan KİV məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putinə təqdim olunan saziş layihəsində deyilir ki, tərəflər Qafqaz regionunda kollektiv təhlükəsizliyi təmin etmək məqsədilə Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birgə qoşun qruplaşmasını yaradır.

Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücumu ediləcəyi halda, sərhədləri qorumaq olduğu bildirilir. Orduya  Ermənistan prezidenti komandanlıq edəcək, amma bütün işləri Rusiya Ali Baş Komandanı ilə koordinasiya edəcək. 

Qeyd edək ki, sənəd imzalanması üçün prezident Vladimir Putinə təqdim edilib.

Saməddin Mehralıyev

BAKU.WS

Oxşar xəbərlər

Rusiya Qafqaza qoşun yığır

Rusiya Qafqaza qoşun yığır

Rusiya Qərb, Mərkəz və Şimal Hərbi dairələrindəki böyük ordu və hərbi dəniz qüvvələrinin birləşmələrinin bir qismini Cənub Hərbi Dairəsindəki poliqon və aerodro...

1632 Siyasət 13:48 28 avqust 2016

Son xəbərlər