Putin Xəzər dənizindəki əməliyyatdan danışdı (VİDEO)
Rusiya prezidenti Vladimir Putin ABŞ Müdafiə Nazirliyinin Xəzər dənizindən atılan raketlərin Suriyaya deyil, İrana düşdüyü ilə bağlı məlumatına münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, Putin "Rossiya-1" telekanalında Vladimir Solovyovla müsahibəsində ABŞ-ın fərziyyələrinə cavab olaraq maraqlı açıqlamalar verib.
O bildirib ki, "Kalibr" raketləri Rusiya ordusunda 2012-ci ildən istifadə olunmağa başlanılıb: "Bu raketlər 1500 kilometr məsafəyə qədər olan əraziləri dəqiq hədəfə ala bilir. Biz bütün Rusiya ordusunu yeni nəsil yüksəktexnologiyalı, yüksək dəqiqliyə malik müasir silahlarla təchiz etməyi planlaşdırırıq. Bu həqiqətən mürəkkəb komplekslərdir. Təcrübə göstərdi ki, onların tətbiqi olduqca effektivdir. Raketlərin marşrutu göstərdiki raketlər iki dövlətin ərazisində 147 döngə etdilər, 80 metrdən 1300 metrə qədər hündürlükdə hərəkət etdilər".
V.Putin həmçinin bildirib ki, Rusiya ordusunda Rusiyanın hava məkanından Suriyada hədəfləri vurmaq üçün raketlər var.
BAKU.WS
Oxşar xəbərlər
Putinin mühafizəçiləri gecikdi, prezidenti islatdılar (VİDEO)
"Formula-1" Qran-pri yarışına ev sahibliyi edən Rusiyada maraqlı hadisə baş verib. BAKU.WS-in məlumatına görə, Qran-prini qazanan "Mercedes" komandasından Ham...