AMB: Əhalinin borc yükü artmaqda davam edir
13
okt
2026
18:08
Bu il iyulun 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il iyulun 1-i ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 % olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
"Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir", - deyə hesabatda qeyd olunub.
Oxşar xəbərlər
İqtisadi Şuranın növbəti iclası keçirilib
13 oktyabrda Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft ema...