Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK
13
okt
2026
18:41
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəb binası tikiləcək.
BAKU.WS-in məlumatına görə, layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Tikinti üçün ehtimal olunan dəyər 9 milyon 172 min manat təşkil edəcək.
Layihənin reallaşdırılması Hüsülü kəndində təhsil infrastrukturunun genişləndirilməsi, şagirdlərin müasir təhsil şəraiti ilə təmin olunması və məktəbin mövcud təhsil imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək?
Pensiya qanunvericiliyinə təklif olunan dəyişikliklər gələcək pensiyaların formalaşma mexanizminə təsir göstərə bilər. BAKU.WS-in məlumatına görə, yeniliklərdə...