İqtisadi Şuranın növbəti iclası keçirilib
13 oktyabrda Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Gündəlikdə olan məsələlər ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər, təkliflərini bildiriblər. Sonra cari məsələlər ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
AMB: Əhalinin borc yükü artmaqda davam edir
Bu il iyulun 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il iyulun 1-i ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 % olu...