Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Kremlin məlumatına görə, prezidentlər telefon danışığı zamanı Suriyadakə vəziyyəti müzakirə ediblər.
"Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.
Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan Obama ilə danışdı: Fətullah Gülən Türkiyəyə veriləcək?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub. Telefon danışığında Fəthullah Gülənin Türkiyəyə qaytar...