Əsəd və rus əsgərləri mühasirəyə düşdü, Putin Obamadan xahiş etdi (VİDEO)

Əsəd və rus əsgərləri mühasirəyə düşdü, Putin Obamadan xahiş etdi (VİDEO)
Video
Hadisə 6749

 

Suriyanın Hələb şəhərində Əsədin və Rusiya Federasiyasının qoşunları mühasirəyə düşüb.

BAKU.WS-in məlumatına görə, qoşunlar İŞİD terror təşkilatı və Suriya müxalifət qüvvələri tərəfindən mühasirəyə alınıb. 

Hazırda Hələbdən cənubda üç istiqamətdə hərbçilər hərəkətə keçiblər. Əsəd və Rusiya qoşunları gününün sonuna qədər blokadadan çıxmağı bacarmayıb. 

Eyni zamanda, şəhərin şimal istiqamətində, Türkiyə-Suriya sərhədində qoşunların blokadadan çıxarılması məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb edilib.

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Barak Obamayla telefon danışığı zamanı sülh əldə edilməsinin əsəs səbəbi olaraq qoşunların mühasirəyə düşdüyü deyilir. Putin Suriya üzrə razılığı qanın tökülməsini dayandırmaq üçün real addım adlandırıb. İki dövlət başçısı bu barədə telefon danışığı zamanı ətraflı söhbət ediblər. "ABŞ prezidenti Barak Obama ilə telefon söhbətimiz oldu. Danışıqla bağlı təşəbbüs Rusiya tərəfindən olsa da, şübhəsiz ki, bu, hər ikitərəfin marağında idi. Söhbətin gedişatında biz Suriyada döyüş hərəkətlərinin dayandırılması haqqında Rusiya və ABŞ-ın birgə bəyanatlarını bəyəndik", - deyə Vladimir Putin bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Suriyada atəşkəs barədə razılaşma əldə edildiyi haqda xəbərlər yayılıb. Bu barədə Qərb diplomatik mənbələrə istinadən "Reuters"agentliyi xəbər verib. Məlumata əsasən ABŞ və Rusiya Suriyada atəşkəsin fevralın 27-dən etibarən qüvvəyə minməsi barədə razılaşıb. Atəşkəs haqqında saziş İŞİD terror qruplaşması və "Əl-Qaidə"nin Suriya filialı olan "Cebhat-ən-Nüsra" terror təşkilatlarına şamil olunmur.

BAKU.WS

Oxşar xəbərlər

Putin müharibənin başa çatdığını açıqladı (VİDEO)

Putin müharibənin başa çatdığını açıqladı (VİDEO)

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Barak Obama Suriyada atəşin dayandırılmasını alqışlayıb. BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya pr...

2640 Siyasət 16:15 23 fevral 2016

Son xəbərlər