Ərdoğan sərhədə 30 min əsgər yeridir
"Türkiyə tezliklə Suriya sərhədində təhlükəsizliyi gücləndirməlidir və sərhədi tam bağlamalıdır”.
BAKU.WS-in məlumatına görə, bu barədə Amerika Türkiyə qarşısında tələb qoyub. Rəsmi Vaşinqton Ankaraya göstəriş verib ki, Türkiyə ilə Suriya sərhəddindən 100 kilometr ərazidə əsgərlər yerləşdirsin. Hansı ki, həmin ərazidə İŞİD terorçularının mövqeyi yerləşib.
ABŞ prezidenti Barak Obamatükr həmkarı Ərdoğana bildirib ki, əsas məsələ sərhəddəki təhlükəsizliyə tam nəzarət etməkdir.
"Türkiyə-Suriya sərhəddi tam bağlanmalıdır. Bu beynəlxalq təhlükəsizliyi təmin etmək üçün vacib məsələdir. Çünki terroçular Suriya sərhəddindən Türkiyə ərazisinə keçə bilərlər. Bu istiqamətdə sərhəddin açıq olması bütün ölkələr üçün böyük təhlükədir”, - deyə Barak Obama bildirib.
Qeyd edək ki, həmin ərazidəki sərhədə tam nəzarət etmək üçün azı 30 min əsgər keşik çəkməlidir. Türkiyə hazırda həmin əraziyə ən azı 10 mindən çox əsgər göndərməlidir ki, sərhəddə nəzarət edə bilsin.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Putin Ərdoğanı hədələdi: "Türkiyə odla oynayır"
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə sərt mesajlar yollayıb. BAKU.WS-in məlumatına görə, Putin bildirib ki, Türkiyə bilə-bilə Rusiyanın təyyarəsini vurub...