Putin Dağlıq Qarabağdan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin dövlət başçıları şurasının iclasındakı çıxışında hazırda Dağlıq Qarabağda baş verən hadisələri böyük faciə adlandırıb.
O, münaqişənin nizamlanması üçün atılan addımların sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya lideri deyib: “Qarabağda baş verənlər, həqiqətən, böyük faciədir. Qırğının dayandırılması barədə əldə olunan razılaşmanı və nəzərdə tutulan kompromisi böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Ümidvaram ki, bizim son vaxtlar atdığımız bütün addımlar Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq”.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO - YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyaba...