Priqojin "Vaqner"çilərin Rostova necə çatdığından danışdı - "Bir nəfəri belə öldürmədik"

Priqojin Vaqnerçilərin Rostova necə çatdığından danışdı - Bir nəfəri belə öldürmədik
Siyasət 235

"Vaqner"in lideri Yevgeni Priqojin yeni müraciət dərc edərək, muzdlularının "bir əsgər belə öldürülmədən", Cənub Hərbi Dairəsinin qərargahının binasının "atəş açılmadan" tutulduğunu söyləyib.

BAKU.WS xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidmətinin dərc etdiyi yeni audioyazıda deyilir.

O, iddia edir ki, onun “muzdluları” Rusiya Federasiyasının əhalisi tərəfindən dəstəklənir:

"Onlar bizi vurdular - əvvəlcə artilleriya ilə, sonra vertolyotlarla. Biz isə bir nəfər də olsun ordu üzvünə heç bir atəş açmadan getdik, yol boyu bir nəfəri belə öldürmədik".

Son xəbərlər