Prezidentlərin görüşünə az qalmış dava düşdü: Türk rəsmiləri qovmaq istədilər
23
noy
2017
11:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Soçi şəhərində Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü ərəfəsində insident baş verib.BAKU.WS-in məlumatına görə, hadisə Türkiyə nümayəndə heyətinin İran və Türkiyə prezidentlərinin görüşünün keçiriləcəyi məkana daxil olmaq istədiyi zaman baş verib.İran prezidentinin mühafizəsi Türkiyə nümayəndə heyətini zala buraxmayıb. Buna səbəb kimi türkiyəli rəsmilərin görüş yerinə vaxtından tez gəlməsi olub.İran prezidentinin mühafizəçiləri onları zaldan çıxarmağa çalışarkən mübahisə başlayıb.Türkiyə nümayəndə heyəti isə görüş yerini tərk etməyib və protokola əsasən dövlət başçılarının gəlişinədək zala daxil olmaq haqlarının olduğunu bildirib.İnsidentə görə prezidentlərin görüşü təqribən 10 dəqiqə gec başlayıb.BAKU.WS
Oxşar xəbərlər
Rusiya, İran və Türkiyə prezidentləri Suriya ilə bağlı bəyanat qəbul ediblər
Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.BAKU.WS xəbər verir ki, sənəddə Rusiya, Türkiy...