Prezidentin yeni təyin etdiyi nazir kimdir? - DOSYE
![Prezidentin yeni təyin etdiyi nazir kimdir? - DOSYE](https://baku.ws/storage/photos/uploads/thumbs/large/XfuNyEklpfHNz9SrJdwPggdRGQSdcWuXvD95g5RT.webp)
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
BAKU.WS yeni təyin edilən nazirin dosyesini təqdim edir:
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
A. Əliyev 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Onun bundan öncəki son vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini idi. Bundan öncə isə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.
Oxşar xəbərlər
Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu türk dünyasını birləşdirəcək nəhəng layihə olan Zəngəzur dəhlizi ilə bağlı önəmli açıqlamalar v...
![](/images/banners/placeholder_home_right_az.jpg)