Prezidentin xüsusi nümayəndəsi: Şuşanı daha yaxşı inkişaf etdirmək üçün yeni standartlar hazırlanıb

Prezidentin xüsusi nümayəndəsi: Şuşanı daha yaxşı inkişaf etdirmək üçün yeni standartlar hazırlanıb
Siyasət 12

Şuşanın təbii məhdudiyyətləri var – şəhər qayalıq ərazidə yerləşir və hər tərəfdən dağlar və dərələrlə əhatə olunub. Buna görə də burada edilən hər hansı səhvin sonradan düzəldilməsi çox çətindir.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "BBB Publication (TBC)" adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, prosesdə "iş zamanı öyrənmə" prinsipi ilə irəliləyirlər, qurumlar, özəl sektor və icmalar arasında koordinasiyalı əməkdaşlıq sayəsində – xüsusilə də orada yaşayan insanların dəstəyi ilə – düzgün istiqamətdə irəlilədiklərinə inanırlar və uğur qazanacaqlarına ümid edirlər.

Aydın Kərimov eyni zamanda vurğulayıb ki, Şuşanı daha yaxşı inkişaf etdirmək üçün Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə yeni standartlar hazırlanıb və bu standartlar hazırda uğurla tətbiq olunur.

Son xəbərlər