Prezidentin Xarici Kəşfiyyat Xidmətinə təyin etdiyi rəis kimdir?

Prezidentin Xarici Kəşfiyyat Xidmətinə təyin etdiyi rəis kimdir?
Siyasət 9493

 

Prezident İlham Əliyev tərəfindən təyin edilmiş Xarici Kəşfiyyat Xidmətinin yeni rəisi Orxan Sultanov daha əvvəl Xarici İşlər Nazirliyində çalışıb.

BAKU.WS-in haqqın.az-a istinadla verdiyi məlumata görə, o, 2007-ci ildən 2011-ci ilə qədər Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin humanitar məsələləri üzrə birinci katibdir. 

Oxran Sultanov Xarici İşlər Nazirliyindən getdikdən sonrakı fəaliyyəti naməlumdur. 

Xatırladaq ki, prezident İlham Əliyev Orxan Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam verib. 

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin".

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinə yeni rəis təyin etdi

İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinə yeni rəis təyin etdi

Prezident İlham Əliyev Orxan Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam verib. BAKU.WS-in məluma...

1673 Siyasət 15:11 14 dekabr 2015

Son xəbərlər