Prezidentin köməkçisi Brüsseldə Armen Qriqoryanla görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Toivo Klaar tviterdə qeyd edib.
"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - paylaşımda deyilir.
Good and substantive discussions in Brussels today on 🇦🇲-🇦🇿 relations and 🇪🇺 engagement with @HikmetHajiyev and Armen Grigoryan. pic.twitter.com/gJKLXXEUrC
— Toivo Klaar (@ToivoKlaar) August 19, 2022
Oxşar xəbərlər
Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizli...