Prezidentdən Gəncədə İdman Sarayı tikintisi ilə bağlı SƏRƏNCAM
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyunun 24-də “Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.
Həmçinin, dövlətimizin başçısının iyunun 24-də imzaladığı “Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.3-cü yarımbəndində göstərilmiş məbləğin 3,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...