Prezidentdən 18,7 milyonluq SƏRƏNCAM

Prezidentdən 18,7 milyonluq  SƏRƏNCAM
Siyasət 417
Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, on yeddi min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,7 milyon (on səkkiz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Salyanda yol tikintisinə 7,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Salyanda yol tikintisinə 7,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS xəbə...

333 Siyasət 17:30 29 iyul 2019

Son xəbərlər