Prezident: "Yaxın on ildə biz daha güclü olacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə, 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq.
Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı deyib ki, bunun üçün fürsət və imkanlar var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...