Prezident Xalq artistinə yüksək vəzifə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.
O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...