Prezident Teymur Rəcəbovu təbrik edib

04
okt
2019
21:03
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə təbrik edib.BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:Əziz Teymur,Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.
Oxşar xəbərlər
Teymur Rəcəbov Dünya Kubokuna sahib oldu - FOTO
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb. BAKU.WS-in məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində...
