Prezident: "Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir.
Bu barədə Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib.
"COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nəticəsində Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri oldu", - İlham Əliyev vurğulayıb.
Çinin Azərbaycana vaksinlər ayırmasını ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.
Prezident İlham Əliyev Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirib və onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib. BAKU.WS xəbər v...