Prezident İlham Əliyev: "Cümhuriyyətin süqutu bizə dərs oldu"
15
mar
2018
11:28
"İki aydan sonra - mayda Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Biz bundan qürur hissi keçiririk. Onlar müsəlman aləmində ilk demokratik respublika qurdular, bununla fəxr edirik".“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı azad cəmiyyətdə yaşamaq istədiyini sübut edib: “Respublikanın qurucuları elə bir cəmiyyət qurulmasını istəyirdilər ki, orada bütün insanların hüquqları qorunsun. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu böyükdür. Onlar 100 il öncə mühüm qərarlar qəbul ediblər, məsələn, onlar qadınlara səsvermə hüququnun verilməsini qəbul ediblər. Bu, Avropa dövlətlərindən əvvəl olub. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu çox çəkmədi, iki ildən az oldu. Cümhuriyyətin süqutu bizə dərs oldu. Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır. Azərbaycan bu gün sözün əsl mənasında tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər. Ölkələr yalnız müstəqil olanda inkişaf edə bilər. Azərbaycanın da inkişafı bu cürdür”.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə sadiqik"
“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edi...