Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı mətbuat vasitəsilə türkdilli ictimaiyyətə çatdırılıb.
“Anadolu” agentliyi, “yenisafak.com” və “euronews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladaraq, “Bir yumruq” ifadəsi başlığı altında məqalələr türk və ingilis dillərində dərc ediblər.
Türkiyənin digər nəşrlərində dövlət başçısının qardaş ölkənin təhlükəsizlik tədbirlərinə kompleks şəkildə yanaşmasının, Ankaranın həyata keçirdiyi layihələrin bölgədə əməkdaşlığa zəmin yaratdığı barədə fikirləri xüsusi olaraq vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər - VİDEO - YENİLƏNİB-3
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aer...
