Prezident İlham Əliyevdən 5 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyevdən 5 milyonluq SƏRƏNCAM
Siyasət 414
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Prezidentin imzaladığı sərəncamda belə deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yevlax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması məqsədilə qərara alıram:1. Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Oxşar xəbərlər

Prezident İlham Əliyev 45 milyon manatlıq sərəncam imzalayıb

Prezident İlham Əliyev 45 milyon manatlıq sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər ve...

2135 Siyasət 17:49 07 noyabr 2019

Son xəbərlər