Prezident İlham Əliyev Pakistanın yeni baş nazirini təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Hörmətli cənab Baş nazir,
Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir. Həmin məktubları təqdim edir: “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin...