Prezident İlham Əliyev Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi

Prezident İlham Əliyev Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
Siyasət 302

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.

BAKU.WS-in report-a istinadən məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, təxliyə edilənlərin istəkləri yerinə yetirilib. Hazırda onların vəziyyətlərində problem aşkarlanmayıb, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaqlar.

Son xəbərlər