Azərbaycan hökuməti azərbaycanlı tələbələrə görə hərəkətə keçdi - Bakıya gətiriləcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını Naxçıvana aparmaq üçün 3 avtobus ayrılıb.
Elazığdan çıxan və əsasən tələbələrin olduğu birinci avtobus Naxçıvan sərhədi istiqamətində yola çıxıb, hazırda Ərzurumu keçərək Naxçıvanla sərhədə yaxınlaşır. Elazığ və Malatyadan ümumilikdə 41 nəfəri götürən ikinci avtobus hazırda Bingölü keçib.
Naxçıvandan zəlzələ zonasına göndərilən üçüncü avtobus isə hazırda İğdırdadır və 1 saata Elazığda olacaq. Üçüncü avtobusla Elazığda qalan 15-ə qədər Azərbaycan vətəndaşı Naxçıvana gətiriləcək.
Tələbələr Prezident İlham Əliyevə göstərdiyi qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Avtobusla Naxçıvana gətiriləcək tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.
Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqətdə saxlayacaq.
Oxşar xəbərlər
Türkiyədən təxliyə edilən tələbələr Prezident İlham Əliyevə təşəkkür etdilər - FOTO
Türkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana g...