Azərbaycan İrana 950 min manatlıq humanitar yardım göndərir

09
apr
2019
16:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq. Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.Bildirilib ki, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Fələstinə 200 min dollar yardım edib
Azərbaycan Fələstinə 200 min dollar yardım ayırıb. Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan...