Azərbaycan Tacikistana 800 min manatlıq humanitar yardım göndərdi (FOTO)
Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə növbəti humanitar yardım karvanını yola salıb.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.
Qeyd edək ki, humanitar yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tacikistanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Salimi Xatloni iştirak edib.
Yardım Azərbaycan prezident İlham Əliyevin tapşırığına əsasən göndərilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Qırğızıstana bir milyon manatlıq yardım göndərdi
Fövqəladə Hallar Nazirliyinin cari ilin dekabr ayının 7-də Azərbaycan Hökuməti adından Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqəd...