Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL
Foto
Siyasət 103

Bu gün dünya mediasında əsas mövzulardan biri İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycan ərazisinə hücumu olub.

"Report" bu terror aktı barədə aparıcı xarici media resurslarının icmalını təqdim edir.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına xüsusi diqqət yetirilir.

Aparıcı KİV-lər Azərbaycanın dövlət başçısının İran PUA-larının Naxçıvana hücumunu "terror aktı" adlandıran bəyanatına diqqət çəkib. Xüsusilə Britaniyanın "The Independent" nəşrində vurğulanıb ki, Prezident İlham Əliyev İranı "terror və əsassız təcavüz aktı"nın törədilməsində ittiham edib və orduya cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsinin tapşırıldığını bildirib.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Digər Britaniya nəşri - "Daily Mail"də isə "Azərbaycan Prezidenti İlham Əliyev İranı terrorizmdə ittiham edib və cavab tədbirləri ilə hədələyib" başlıqlı material dərc olunub.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Prezident İlham Əliyevin bu mövzuda fikirləri İranın "RadioFarda" və Rusiyanın "Vedomosti" nəşrlərində yer alıb. Daha bir Rusiya nəşri - "İnterfaks" da Azərbaycan Prezidentinin İranın Naxçıvana hücumunu terror aktı adlandırmasına diqqət çəkib. Rusiyanın "Meduza" nəşri Prezident İlham Əliyevin İrandan üzr tələbi və bu terror aktına aidiyyəti olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə sözlərini dərc edib.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

"Azərbaycan Prezidenti İranın pilotsuz uçuş aparatlarının zərbələrini terror aktı adlandırıb", - sözlərini isə "Novaya Qazeta Yevropa" yazıb. Nəşr qeyd edib ki, Azərbaycan tarixən regionda İsrailin ən yaxın müttəfiqlərindən biri olub.

Xarici KİV-lərin marağına səbəb olan digər məsələ Prezidentin Bakının cavab tədbirləri görməyə hazır olduğu və ölkəyə qarşı çıxan bütün qüvvələrin "Dəmir yumruq" ilə üzləşəcəyi barədə bəyanatı olub. "Canberra Times""İzvestiya" kimi nəşrlər buna diqqət yetiriblər.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Fransız qəzeti "Le Monde" yazıb ki, İran PUA-larının zərbələrindən sonra Azərbaycan hərbçilərinə cavab tədbirlərini hazırlamaq və həyata keçirmək əmri verilib. "France 24" qeyd edib ki, Azərbaycan Prezidenti İrana dronlarla edilən terror aktına cavab vəd edib. "France Press" (AFP) agentliyinin hadisə və Azərbaycan Prezidentinin bəyanatları barədə xəbərləri Fransanın müxtəlif saytlarında fəal şəkildə paylaşılıb.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Türkiyənin "Haberler.com" nəşri yazıb ki, Azərbaycan Prezidenti orduya İrana qarşı cavab addımlarına hazır olmağı tapşırıb.

"Times of Israel", öz növbəsində, Azərbaycan Prezidentinin İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumuna görə peşman olacağı barədə sözlərini qabardıb.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

"Komsomolskaya Pravda" yazıb ki, İlham Əliyev Tehrandan Naxçıvana PUA hücumuna görə üzr tələb edib.

"Reuters" isə qeyd edib ki, PUA-nın Naxçıvana hücumu nəticəsində 4 nəfər xəsarət alıb.

Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL

Son xəbərlər