Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.
BAKU.WS xəbər verir ki, qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğuladı.
Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirdi. Bu xüsusda, o, ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu dedi. Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxundu.
Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Dövlətimizin başçısı əlaqələrimizin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxundu. Prezident İlham Əliyev Azərbaycan qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğuladı.
Azərbaycanla Bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edildi. Dövlətimizin başçısı, bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpaolunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırdı. Bu istiqamətdə də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.
***15:17
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qalereya
Oxşar xəbərlər
Casusluqda ittiham olunan Fransa vətəndaşı: Dedilər ki, rusiyalı və iranlı iş adamları Azərbaycan üçün...
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təh...
