Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya bu ölkənin milli bayramı münasibətilə məktub ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda Gitanas Nausedaya və Litva xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı bildirib: "Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Oxşar xəbərlər
Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır"
"Azərbaycanın ASAN modeli dünyanın 700 milyona yaxın əhalisinə xidmət göstərir və bu göstərici getdikcə artmaqdadır". BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Pr...