Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir
21
iyl
2026
16:02
Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.
"Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
"İlin sonuna qədər Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir". BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublik...