Prezident icbari tibbi sığorta ilə bağlı fərman imzaladı
31
may
2018
21:24
Prezident İlham Əliyev “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, həmçinin bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni qurum yaradıldı
"Azəravtoyol” ASC-nin adı dəyişdirilərək "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” oldu.BAKU.WS xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev fərma...