Prezident: “Ermənistan qarşısında seçim o qədər də böyük deyil”

Prezident: “Ermənistan qarşısında seçim o qədər də böyük deyil”
Siyasət 73

“Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətilə bağlı hər hansı şərh vermək istəməzdim”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransı zamanı bildirib.

“Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalıb və qalacaq. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib.

Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur və ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək.

Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”, - deyə Azərbaycan dövlət başçısı əlavə edib.

Son xəbərlər