Prezident ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbində - VİDEO
16
mar
2021
08:31
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
Səfər zamanı Prezident İlham Əliyev Tuğ kəndində olub.
Dövlət başçısı bildirib:
"Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq".
Oxşar xəbərlər
Ermənilərin Tuğ kəndindəki dağıtdıqları qədim bəy evləri - VİDEOREPORTAJ
Xocavənd rayonunun Tuğ kəndindəki mədəni abidələrlə yanaşı kəndin qədim evləri də erməni vandalizminə məruz qalıb. Bu kənd vaxtı ilə Qarabağdakı səfalı yurd yer...