Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib
31
iyl
2019
18:31
Prezident İlham Əliyev“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.BAKU.WS xəbər verir ki, sənədə yeni - 17.6-1-ci maddə əlavə edilib.Həmin maddədə deyilir: xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.
Oxşar xəbərlər
Azərbaycanda dəfn qaydalar dəyişdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Dəyişikliyə...