Azərbaycanda dəfn qaydalar dəyişdi
02
may
2019
19:32
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə "445-1,” rəqəmlərindən sonra "516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.
Oxşar xəbərlər
Qəbiristanlıqlarla bağlı cərimələr təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.BAKU.WS xəbər verir ki, dəyişikl...