Qəbiristanlıqda bu işi görənlər 1000 manatadək cərimələnək
27
sen
2018
09:46
Azərbaycanda qəbiristanlıqların qorunması tələblərinin və dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlara cərimə tətbiq olunacaq.BAKU.WSxəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.Məcəlləyə əlavə edilən yeni – 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaq
Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağl...