Prezident: "Ceyranbatan" su anbarı tamamilə yenidən qurulub, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib"

Prezident: Ceyranbatan su anbarı tamamilə yenidən qurulub, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib
Video
Siyasət 89

"İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi.

Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və bu proses davam etdirilir".

BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

"Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə "Taxtakörpü", "Şəmkirçay" su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. "Taxtakörpü" su anbarı bizə imkan verdi ki, Samur çayının sularını "Ceyranbatan" su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən "Ceyranbatan" su anbarı tamamilə yenidən qurulub, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib.

Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb", - deyə dövlətimizin başçısı vurğulayıb.

Son xəbərlər