Prezident bu sürücülərin imtiyazlarını ləğv etdi - FƏRMAN
13
fev
2018
23:00
Prezident İlham Əliyev “Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. Fərmanda deyilir:“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:“Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 21-22, maddə 398) ləğv edilsin”.BAKU.WS
Oxşar xəbərlər
Əmək pensiyaları ilə bağlı dəyişiklik
Dövlət başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli qanununun tətbiqi il...