Prezident: "Birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə nail olacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir".
BAKU.WS xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin polşalı həmkarı Andjey Dudaya ünvanladığı məktubda əksini tapıb.
"Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq", - məktubda qeyd edilib.
Oxşar xəbərlər
Prezident Talış kəndinin sakinləri ilə görüşüb söhbət edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində Klub icma mərkəzində yaradıla...