Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib - SİYAHI
08
noy
2018
15:41
Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamla Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Abdusəmədov Qurban Əli oğluƏmrahov Rasim Zeyqəm oğluMehtiyev Rafail Mehti oğluMirzəliyev Əbülfəz Bağman oğluTahirov Xaləddin Şərif oğlu.Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev teatr xadimlərini təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam...