Prezident: Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
"Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilib. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək", - deyə Prezident vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...