Prezident: “Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü - hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi”.
Bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.
Gürcüstana müntəzəm olaraq səfərlər etdiyini, bu ölkənin baş nazirinin Azərbaycana gəldiyini və hər zaman mühüm məsələləri müzakirə etdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib:“Biz Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini tam anlayırıq və Gürcüstana bu işdə uğurlar arzu edirik”.
Azərbaycan Prezidenti Avropa İttifaqının Gürcüstana artıq müəyyən status şamil etməsi münasibətilə təbriklərini çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...