Prezident “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayırdı
26
dek
2018
19:21
Prezident İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident Şəkidə “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayırıb
Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.Ölkədə vahid standartlar çərçivəsində idarə ol...